"2020-ci ildə Dünyada 4 milyondan çox (4.236.262) elmi məqalə dərc olunub."
News365.az xəbər verir ki bunu jurnalist İbrahim Nəbioğlu feysbuk səhifəsində paylaşıb.
"Çin hər zaman 1-ci sırada olan ABŞ-ı yerindən edib “taxtına” oturdu.
Topladığım və üzərində saatlarla düşündüyüm, qarşılıqlı müqayisə etdiyim bu datalara qısaca olaraq “statistika” desək onu hazırlayan Amerika Birləşmiş Ştatları Milli Elm Fonduna (NSF, National Science Foundation) haqsızlıq etmiş olarıq. Çünki gördükləriniz yavan statistik rəqəmlər deyil, indiki Dünyanın tablosudur.
Zənnimcə, günümüzün mənzərəsini çəkmək, qüdrətli dövlətlərin ehtişamını, geridə qalmış ölkələrin acınacaqlı durumunu ortaya qoymaq üçün başqa bir araşdırmaya ehtiyac yoxdur.
ƏN ÇOX ELMİ MƏQALƏLƏR DƏRC EDƏN ÖLKƏLƏR
(SCİENTİFİC ARTİCLES PUBLİSHED):
1 Çin 744042
2 ABŞ 624554
3 İngiltərə 198500
4 Hindistan 191590
5 Almaniya 174524
6 İtaliya 127502
7 Yaponiya 127408
8 Kanada 121111
9 Rusiya 119195
10 Fransa 112838
11 Avstraliya 106614
12 İspaniya 104353
13 CKoreya 91030
14 Braziliya 89241
15 İran 71894
16 Hollandiya 62512
17 Türkiyə 53802
30 Pakistan 28525
37 İsrail 22743
42 Ukrayna 17888
67 Qazaxıstan 5339
69 Litva 4658
73 Estoniya 3810
75 Özbəkistan 3491
79 Belarusiya 2547
81 Latviya 2530
88 Gürcüstan 1905
90 Azərbaycan 1764
97 Ermənistan 1175
121 Moldova 549
124 Qırğızıstan 507
Lakin həqiqi mənzərini görmək üçün mütləq bir milyon nəfərə düşən məqalə sayına baxmaq lazımdır. Belə ki, əhalisi 1.5 milyarda yaxınlaşan Çinlə cəmi 1.4 milyon insan yaşayan Estoniyanı obyektiv müqayisəni ancaq bu göstəriciyə görə apara bilərik.
Bir milyon çinli alım ildə orta hesabla ancaq 527 elmi məqalə yazıbsa, balaca Estoniyada bu göstərici 2865-ə (!!!) bərabərdir.
Ürəyiniz ağrısa da bu sıralamanı da diqqətinizə çatdırmaq istəyirəm.
Çünki Azərbaycan sondan 4-cü yerdədir.
Ovqatınızı təlx etdiyim üçün üzr istəyirəm…
BİR MİLYON NƏFƏRƏ DÜŞƏN ELMİ MƏQALƏ SAYI:
1 Çin 527
2 ABŞ 1875
3 İngiltərə 2959
4 Hindistan 138
5 Almaniya 2097
6 İtaliya 2159
7 Yaponiya 1016
8 Kanada 3184
9 Rusiya 819
10 Fransa 1664
11 Avstraliya 4109
12 İspaniya 2202
13 C.Koreya 1762
14 Braziliya 416
15 İran 863
16 Hollandiya 3534
17 Türkiyə 635
30 Pakistan 127
37 İsrail 402
42 Ukrayna 434
67 Qazaxıstan 279
69 Litva 1667
73 Estoniya 2865
75 Özbəkistan 99
79 Belarus 272
81 Latviya 1349
88 Gürcüstan 511
90 Azərbaycan 174
97 Ermənistan 396
121 Moldova 211
124 Qırğızıstan 76
Qeyd: Çünki dünyadakı bütün yəhudi əsilli alimlərin dərc etdirdiyi məqalələri saysaq birinci yerə məhz onlar çıxacaqlar.