RU

Xəzərdə su səviyyəsinin azalmasının qarşısını almaq üçün yollar axtarmalıyıq - Bakı Limanının Əməliyyatlar üzrə baş direktoru

Bakı. Trend:

Xəzər dənizində su səviyyəsi getdikcə azalır. Bunun qarşısınıalmaq üçün yollar axtarmalıyıq.

Trend xəbər verir ki, bubarədə Bakı Limanının Əməliyyatlar üzrə baş direktoru Eugene SeahBakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week)ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, artan temperatur bu regiona da təsirsizötüşmür.

“Eyni zamanda, Aral dənizi tamamilə quruyub, səhra olub. Bu isəsu mənbələrinin azalması deməkdir. Biz bunun qarşısını almaq üçünnə edə bilərik? Biz çalışırıq ki, iqlim dəyişikliyi riskləriniazaldaq. Bununla bağlı müəyyən tədbirlər həyata keçiririk.

Bu işə müxtəlif maraqlı tərəfləri cəlb edirik və karbonemissiyasını azaltmağa çalışırıq. Bərpaolunan enerjini təmin edənşirkətlərlə əməkdaşlıq edirik və o şirkətlərdən alternativ enerjimənbələri (günəş, külək panelləri - red.) alırıq”, - deyə obildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Избранный
7
1
az.trend.az

2Источники