RU

Rusiyanın Xalq artisti dünyasını dəyişdi

 

Sovet və rus bəstəkarı, estrada müğənnisi, Rusiyanın Xalq artisti Vyaçeslav Dobrınin dünyasını dəyişib.Missiya.Az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb .Qeyd olunub ki, bu yaxınlarda xəstəxanaya yerləşdirildikdən sonra müayinə zamanı sənətçiyə xroniki arterial hipertoniya diaqnozu qoyulub."Ürək-damar, beyin və tənəffüs çatışmazlığı pisləşib, beyin qan dövranı pozulub, böyrəklərdə nasazlıq aşkarlanıb", - deyə məlumatda bildirilib.Qeyd edək ki, sənətçi məşhur “Həyatda məndə olan hər şey”, “Sənə kim dedi”, “Əlvida, bütün qatar stansiyalarından...”, “Mavi duman”və s. kimi mahnıların müəllifidir.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Избранный
68
missiya.az

1Источники