Teo Ernandez “Milan”la yeni müqavilə imzalaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, A Seriya təmsilçisi fransalı futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır. Tərəflər arasında danışıqlar davam edir. Əgər ortaq məxrəcə gəlinsə, Ernandes “Milan”da qalacaq.
Xatırladaq ki, Fransa millisinin də üzvü olan müdafiəçi 2019-cu ildən “Milan”da çıxış edir.