QHT.az-a özəl açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva prokurorluq orqanları ilə qeyri-hökumət təşkilatları (QHT) arasında əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib. O qeyd edib ki, prokurorluq işçiləri hüquqi sahədə mühüm missiya daşıyırlar və onların QHT-lərlə sıx əməkdaşlığı şəffaflıq və vətəndaş cəmiyyətinin inkişafı baxımından önəmlidir.
QHT sədri vurğulayıb: “QHT-lərlə əməkdaşlıq edilməli, onların təkliflərinə diqqət yetirilməlidir. Birgə dəyirmi masaların təşkili, problemli məsələlərin həllində QHT-lərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təmin olunmalıdır.”
O, həmçinin prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onların çətin, lakin şərəfli fəaliyyətlərində uğurlar arzu edib.
Pərvanə Fərhadqızı