RU

Fransanın Ukraynaya qoşun göndərilməsi ilə bağlı mövqeyi dəyişməyib

Fransanın

Bakı, 1 oktyabr, AZƏRTAC

Paris Ukraynaya qoşun göndərəcəyini istisna etmir.

AZƏRTAC xəbər verir ki, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Benjamen Haddad bunu “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

“Fransa Prezidenti Emmanuel Makron heç nəyi istisna etməməli olduğumuzu söyləyib”, - deyə Benjamen Haddad bildirib.

Onun sözlərinə görə, Fransa rəhbərliyinin bu mövqeyi hələ də qüvvədə qalır. Dövlət katibi, həmçinin Fransa qoşunlarını Ukraynada mümkün təlim missiyalarını unutmamağa çağırıb. Siyasətçi belə planların həyata keçirilməsi məsələsinin hələ də NATO müttəfiqləri ilə müzakirə edilməli olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə Emmanuel Makron Rusiyanın cəbhə xəttini yaracağı və Kiyevdən müvafiq sorğunun alınacağı təqdirdə Ukraynaya qoşun göndərmək imkanını istisna etmədiyini deyib. O, bir çox ölkələrin Parisin yanaşması ilə razı olduğunu da vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Ukrayna Silahlı Qüvvələrinə təlim keçən şəxslərin toxunulmaz olmadığını bildirib. O, eyni zamanda, Fransa və Böyük Britaniyanın Ukraynaya əsgər göndərmə ehtimalı ilə bağlı ritorikasını təhlükəli hesab etdiyini söyləyib.

Избранный
8
azertag.az

1Источники