RU

Mark Rutte yeni vəzifəsinə başladı: NATO-nun 14-cü baş katibi

Hollandiyanın keçmiş baş naziri Mark Rutte Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 14-cü baş katibi oldu.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik xəbər verir ki, Mark Rutte 10 il ərzində NATO-nun baş katibi postunda təmsil olunan Yens Stoltenberqi əvəzləyib.

Rutteyə səlahiyyətlərin verilməsinin rəsmi mərasimi alyansın qərargahında, Şimali Atlantika Şurasının Brüsseldə keçirilən xüsusi iclasında baş tutub.

Beləliklə, Rutte Şimali Atlantika Müqaviləsi Təşkilatının 14-cü baş katibi oldu.

Избранный
5
publika.az

1Источники