RU

Heç yerdə getməyən XƏBƏR -  Rövşən Nəcəf qapalı toplantı keçirdi, ona təklif olundu ki…

AFFA-nın inkişaf strategiyası bu ilin sonunadək hazır olacaq.

Saytımız bu haqda federasiyadan məlumat əldə edib.

Qurumdan redaksiyamıza verilən informasiyaya görə, bununla bağlı Rövşən Nəcəfin yanında qapalı toplantı keçirilib.

Burada məhdud sayda şəxs iştirak eləyib. AFFA prezidenti və bəzi funksionerlər təşktlatın partnyor şirkətləri olan «Double Pass» və «McKinsey & Partners»in nümayəndələri ilə bir araya gəlib.

İclasda 2025-2028-ci illəri əhatə edəcək layihənin detalları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici şirkət təmsilçilərinin yığıncaqda səsləndirdiyi bəzi fikirlər diqqət çəkib.

Belə ki, onlar aylardan bəri apardıqları araşdırmalar nəticəsində Azərbaycanda futbol infrastrukturunun zəif inkişaf etməsi barədə rəy veriblər. Nəcəfi inandırmağa çalışıblar ki, mövcud problemlərin həllinə məhz bu istiqamətdən başlamaq lazımdır.

Yəni, Bakının özündə, ətraf şəhər və qəsəbələrdə, o cümlədən, bölgələrdə yeni stadionların, bazaların tikilməsi, təbii örtükli meydançaların salınması mütləqdir.

Qeyd olunub ki, respublikanın dörd bir tərəfində eyni vaxtda bu işə başlanmalıdır.

SPORTİNFO.AZ

Избранный
82
sportinfo.az

1Источники