Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan və bu ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi 2024/2025-ci tədris ilindən qapılanı müəllim və şagirdlərin üzünə açıb.Mədəniyyət Nazirliyindən Mediaxeberleri.Az-a verilən məlumata görə, “Böyük Qayıdış” proqramı çərçivəsində Bakı və digər rayonlardan doğma yurdlarına köçən Füzuli sakinlərinin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçirilir.İlk olaraq 24 şagird təhsilə cəlb edilib. Beş təcrübəli müəllim onlara sənətin sirlərini öyrədir.Şagirdlərdən qarmon üzrə Famil Məmmədli, tar üzrə Səma Tanrıverdiyeva, təsviri sənət (rəsm) üzrə Aysu Qocazadə, fortepiano ixtisasında Nigar Abdullazadə, xanəndəlikdə isə Əli Həzizadə seçdikləri sahələrə sevgi ilə bağlanıblar və uğur qazanmaq əzmi ilə öyrənməyə davam edirlər.Uşaq Yaradıcılıq Mərkəzi Füzuli şəhərində uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərini ortaya qoymalarına, incəsənət sahəsində biliklərə yiyələnmələrinə münbit şərait yaradacaq. Növbəti mərhələlərdə digər sakinlərin Füzuliyə qayıdışı ilə, təbii olaraq, şagirdlərin sayı da artacaq.Qeyd edək ki, bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта