RU

Everest dağının ildən ilə uzanmasının səbəbi açıqlandı

Yeni araşdırma dünyanın ən hündür zirvəsi olan Everest dağının niyə ildən-ilə ucaldığını açıqlayıb.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə London Universitetində (UCL)  çalışan alimlər məlumat veriblər.

40-50 milyon il əvvəl Hindistan və Avrasiya plitələrinin toqquşması Himalay dağlarını yaradan və burada təpələrin ucalmasına səbəb olan əsas amildir.
 
Bu əvvəlcədən məlum idi. Ətrafdakı çayın dağa təsiri isə yenicə məlum olub.
 
Kompüter modelləşdirməsi vasitəsilə Arun çayının dağın dibindəki qaya və torpağı aşındıraraq onun uzanmasına və beləliklə də təpənin 15-50 metr hündürlüyünə səbəb olduğunu göstəriblər.
 
Tədqiqatçılar təqribən 89 min il əvvəl Arun çayının Kosi çayı ilə birləşərək bu gücü qazandığını müəyyən ediblər. 75 kilometr uzaqlıqdakı çay hövzəsinin yavaş yavaş yoxa çıxması Everest dağının ildə 2 millimetr yüksəlməsinə səbəb olduğu bildirilir.
 
Tədqiqat məqaləsinin müəlliflərindən olan Adam Smit prosesi bu sözlərlə izah edir:
 
"Bu, bir az gəmidən yük atmağa bənzəyir. Gəmi yüngülləşdikcə bir az da yuxarı qalxır”.
 
Nature Geoscience-də dərc edilən araşdırmada bu qüvvənin Everestlə birlikdə dünyanın 4-cü və 5-ci ən yüksək zirvələri olan Lhotse və Makaluya təsir etdiyi vurğulanıb.
 
 

Избранный
70
3
7news.az

5Источники