RU

Ryütte Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır

Şimali Atlantika Alyansı Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı təhlükə görmür. Bu barədə oktyabrın 1-də NATO-nun yeni baş katibi Mark Ryütte alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

Siyasətçi NATO-nun YouTube kanalında çıxışı zamanı deyib: “Mən qətiyyətlə deyə bilərəm ki, NATO nüvə silahından istifadə ilə bağlı hər hansı bir təhlükə görmür”.

Buna baxmayaraq, o, Moskvanı “məsuliyyətsiz nüvə ritorikasında” ittiham edib.

Qeyd edək ki, bu gün Ryütte NATO-nun yeni baş katibi kimi fəaliyyətə başlayıb.

P.ƏMİRCANOV
XQ

Избранный
43
xalqqazeti.az

1Источники