RU

Çoxunun başı heç partadan çıxmır - Lalə Mehralıdan SƏRT AÇIQLAMA

"Məktəbəqədər hazırlıq qruplarını məktəbdən alıb bağçalara vermək lazımdır".

News24.az xəbər verir ki, bu sözləri sosioloq Lalə Mehralı "Facebook" hesabında yazıb.

"5 yaşlıların hazırlığı başlayır bu gündən, əksəriyyəti cılız, balaca, oyuncaq boydadır. Çoxunun başı heç partadan çıxmır. O nə bilir dərs nədir, oxumaq, yazmaq nədir. Hara tələsirsiniz ay valideynlər? Niyə qoymursuz oynasın uşaqlar, uşaqlığını yaşasın? Bağçalardan çıxarıblar 5 yaşı bitən uşaqları, məktəbəqədərə gedir deyə. Amma əsl məktəbəqədər hazırlıq qrupu bağçada olur. Bağça müəllimləri məktəbəqədər təhsilin ixtisasını oxuyurlar, məktəb müəllimləri yox. Ona görə də məktəbdəki hazırlıq qruplarında 1-ci sinfin proqramı keçilir. 1-ci sinfin proqramının özü 7 yaşlı uşaq üçün ağırdır, o ki qaldı 5 yaşlı uşaq ola. Bir valideyn şikayətlənirdi o gün mənə, deyir uşağı 1-ci sinfə qoymuşam, müəllim deyir bu nədir, bu heç hərf yazmağı bilmir. Valideyn deyib ki bəs öyrənsin deyə 1-ci sinfə gəlir də, uşaq harda öyrənməli idi? Müəllim də deyib ki, mənim sinfimdəki bütün uşaqlar məktəbəhazırlıq qrupunda öyrənib gəlib, 1-ci sinfə gələndə oxumağı bacarmalıdır uşaq. Elə bilirsiz könüllü öyrənir o 5 yaşlılar? Yox. Ağlaya-ağlaya, göz oyuncağında qala-qala", - deyə qeyd edib.

Избранный
84
news24.az

1Источники