RU

Şəki teatrı payız tətili günlərində məktəblilərə iki tamaşa təqdim edəcək

Şəki

Şəki, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrı payız tətili günlərində məktəbli tamaşaçılara Azərbaycan klassik dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-Xırsi-Quldurbasan” komediyası əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Nərmin Abbasova, Çingiz Novruzəliyev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə və başqaları ifa edirlər.

Lalə Məmmədova bildirib ki, eyni zamanda, danimarkalı yazıçı Hans Andersenin nağılı əsasında səhnələşdirilmiş “Kralın yeni paltarı” tamaşası da bərpa edilərək, tətil günlərində tamaşaçılara təqdim olunacaq. Bu tamaşanın quruluşçu rejissoru isə Arzu Əhmədova, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Elman Rəşidli, baletmeysteri Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Fərahim Fətəliyev, Rəsul Məmmədrəhimov, Xəyal Salahov, Günay Novruzəliyeva və digərləri oynayırlar.

Избранный
9
azertag.az

1Источники