RU

QHT sədri: “Azərbaycanın bərpa olunan enerji sistemlərinin tətbiqi sürətlə başlayıb”

QHT.az -a özəl açıqlama verən Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, Azərbaycan Respublikası Sənaye Nazirliyi yanında alternativ və bərpa olunan enerji agentliyinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, ölkə rəhbərinin sərəncamı ilə yaradılan bu agentlik, bərpa olunan enerji mənbələrinin inkişafına böyük bir imkan açır.

QHT sədri qeyd edib ki, Azərbaycan, həm külək, həm də günəş enerjisinin istehsalı baxımından çox unikal bir coğrafi mövqeyə malikdir: “Bərpa olunan enerji sistemlərinin tətbiqi prosesinə start verilib. Naxçıvan Muxtar Respublikasında böyük günəş enerji sistemi quraşdırılıb. Bu, dünya üzrə 70-dən çox ölkənin enerjiyə olan tələbatını yaşıl enerji vasitəsilə təmin etdiyi bir dövrdə baş verir.”

O, ölkənin artıq olan enerjisini xarici bazarlara ixrac edə biləcəyinə inandığını bildirib: “Azərbaycanın günəş və külək ehtiyatları il ərzində mövcuddur. Ehtiyaclarımızdan artıq enerjini xaricə ixrac edə bilsək, bu, ölkəmiz üçün çox gözəl bir hal olacaq”. 

İlqar Hüseynli, yaşıl enerji layihələrinin inkişaf etdirilməsi ilə bağlı prioritetlərin müəyyən edilməsinin vacibliyini də qeyd edib. O, həmçinin Azərbaycanın bərpa olunan enerji potensialının artırılması üçün tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
11
qht.az

1Источники