RU

“Messi istedad, Ronaldo fədakar...”

“Çels”nin sabiq kapitanı və baş məşqçisi Frenk Lempard da Kriştiano Ronaldo - Lionel Messi müqayisəsinə qoşulub. Matc.az xəbər verir ki, ingiltərəli mütəxəssis hər iki superulduzun özəlliyindən danışıb. O, portuqaliyalı və argentinalının üstün cəhətlərini söyləyib: “Bu cür mübahisələri sevmirəm. Onların hər ikisinə qarşı oynamışam. Ronaldo “Mançester Yunayted”də olan zaman ona qarşı daha çox çıxış etmişəm. Messi “Barselona”da olanda ona qarşı fərqli oynayırdım. Fərdi və istedad baxımından Messi bütün zamanların ən böyüyüdü. Ancaq Kriştianonun özünü yaratma tərzi, hədəfləri, oyuna təsiri, fədakarlığı, indi də davam edən aclığı... Hər ikisinə eyni dərəcədə hörmət edirəm. Məncə, birini digərindən üstün tutmaq ədalətsizlik olar. Heyrətamiz səviyyəli bu futbolçulara qarşı oynamağı bacarmaq mənim üçün şərəfdi”. Qeyd edək ki, Frenk Lempard İngiltərə millisinin heyətində 106 oyun keçirib, 29 qol vurub.

Избранный
91
matc.az

1Источники