RU

"Bayern"in potensial futbolçularını vaxtında tanımaq istəyirik"

"Bayern Münhen"in idman direktoru Kristof Froynd klubun yeni skautu Nilson Şmadtkedən danışıb.

Fanat.Az xəbər verir ki, "Bayern&Germany" onun sözlərini belə çatdırıb:

"Şmadtkeni "Bayern"ə cəlb edə bildiyimiz üçün şadıq. Nilsin peşəkar futbolda, skautinqdə böyük təcrübəsi var. Biz "Bayern"in potensial futbolçularını vaxtında tanımaq istəyirik və Nils bu mənada çox önəmli rol oynayır. İki illik səmərəli əməkdaşlığa görə Markus Pilavaya təşəkkür etmək istərdik. Ona gələcək fəaliyyətində uğurlar və yeni başlanğıclar arzulayırıq".

Xatırladaq ki, Şmadtke bu postda Pilavanı əvəzləyərək 2 illik müqaviləyə imza atıb.

Nihat

Избранный
2
fanat.az

1Источники