RU

TDT Qazaxıstanda AES-in tikintisi ilə bağlı referenduma müşahidəçilər göndərəcək

Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı keçiriləcək ümumxalq referendumuna müşahidəçilər göndərəcək.

Aznews.az xəbər verir ki, bunu Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi Muxtar Yerman bu gün komissiyanın iclasında deyib.

O qeyd edib ki, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) də müşahidə missiyaları referendumu izləmək üçün Qazaxıstana göndəriləcək.

“Ümumilikdə referendumu 30 ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək”, – MSK-nın nümayəndəsi söyləyib.

İclasda iştirak edən Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib ki, referendumu 200 xarici jurnalist izləyəcək.

Onun sözlərinə görə, ümumilikdə 14 ölkədən 38 KİV-i təmsil edən 162 xarici jurnalist Xarici İşlər Nazirliyində daimi akkreditasiyadan keçib.

Избранный
35
1
aznews.az

2Источники