RU

Böyük Britaniya Evil Corp haker qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya, ABŞ və Avstraliya ilə birlikdə Rusiya ilə əlaqəli olduğu iddia edilən haker kibercinayətkarlıq qrupunun Evil Corp-un 16 üzvünə qarşı sanksiya tətbiq edib.

Bu barədəBöyük Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Sanksiyaya məruz qalanlar arasında qrupun lideri Maksim Yakubets də var. Əvvəllər ABŞ Ədliyyə Departamenti bu adamın tutulmasına görə 5 milyon dollar mükafat təklif etmişdi.

"Evil Corp bir neçə ildir ki, bütün dünyada genişmiqyaslı kiberhücumlar, o cümlədən səhiyyə təşkilatlarına, dövlət sektoruna və özəl texnologiya şirkətlərinə zərərli proqram və ransomware hücumları həyata keçirib", -Britaniya səlahiyyətliləri bildirib.

Избранный
63
aznews.az

1Источники