RU

Xaçmazda 20 yaşlı iki uşaq anası İNTİHAR ETDİ

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Medianews.az “Unikal”a istinadən xəbər verir ki, rayon sakini, 2004-cü il təvəllüdlü Səbinə Camal qızı Əliyeva özünü yaşadığı evin həyətində, yardımçı tikilidən asaraq intihar edib.

S.Əliyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Onun iki azyaşlı uşağı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
30
2
medianews.az

3Источники