RU

Çin brendi iPhone 16 Pro Max modelini üstələdi

Redmi Note 14 Pro+ texnologiya dünyasında hər həftə nəşr olunan telefon trendlərinin ilk sırasında yer alıb. Metbuat.az xəbər verir ki, Çin brendi hətta Apple brendini də geridə qoyub. Məlumata görə, Çin telefonu Apple tərəfindən 2024-cü ildə satışa çıxarılan iPhone 16 Pro Max-ı üstələyib. Orta seqment Android cihazının premium iPhone modelini üstələməsi diqqət çəkib. Redminin uğuru texnologiya dünyasında böyük səs-küy yaradıb. Redmi Note 14 seriyasının digər modelləri də siyahıda yüksək yer tutur.

Redmi Note 14 və Redmi Note 14 Pro modelləri müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıb. Samsung Galaxy S24 Ultra siyahıda yeddinci pillədə qərarlaşıb.

Избранный
161
25
metbuat.az

10Источники