“Atletiko”nun futbolçusu Robin Le Norman beynindən xəsarət alıb.
QOL.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti rəsmi açıqlama verib. 27 yaşlı ispaniyalı müdafiəçi “Real”la oyunda başından ağır zədə alıb. Tibbi müayinədən keçdikdən sonra onda subdural hematoma ilə travmatik beyin zədəsi olduğu müəyyən edilib. Le Normanın yaşıl meydanlara qayıtması bu növ zədə üçün müəyyən edilmiş protokolda qeyd olunan qaydalara uyğun olacağı bildirir.
Qeyd edək ki, Robin Le Norman “Atletiko”ya bu yay transfer pəncərəsində “Real Sosyedad”dan 40 milyon avroya keçib. O, Madrid təmsilçisinin heyətində 8 oyuna çıxıb.