RU

İran səmasında heç bir uçuş həyata keçirilmir

Bakı. Trend:

Baş verən son hadisələrlə əlaqədar İran səmasında heç bir uçuşhəyata keçirilmir.

Trend-inməlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsüCəfər Yazərlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İran səmasında uçuş həyata keçirənheç bir təyyarə yoxdur. Uçuşda olan bütün təyyarələr alternativistiqamətlərə yönəldiib və yaxud eniş edib. Heç bir uçuşda problemyaranmayıb.

Təşkilat rəsmisi həyata keçirilməyən uçuşların başqa vaxta baştutacağını bildirib.

Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.

Избранный
15
az.trend.az

1Источники