RU

“Atletiko” derbidəki qalmaqala görə azarkeşə ömürlük cəza kəsdi

“Atletiko” klubu “Real”la Madrid derbisində törədilmiş iğtişaşın təşəbbüskarlarından birini müəyyənləşdirə bilib.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, sözügedən klub “Real”ın belçikalı qapıçısı Tibo Kurtuaya yad əşyalar atmış, “döşəkçilər”in adı açıqlanmayan azarkeşini komandanın oyunlarını ziyarət etməkdən ömürlük kənarlaşdırıb.

Xatırladaq ki, İspaniya La Liqasının 8-ci turunda “Atletiko”nun “Metropolitano”da “Real”ı qəbul etdiyi oyunda bu azarkeş “qaymaqlılar”ın qapıçısı Tibo Kurtuaya alışqan atmışdı. Nəticədə oyun 20 dəqiqəyə qədər təxirə salınmalı olmuşdu. Daha sonra oyun bərpa edilmiş və 1:1 hesabıyla yekunlaşmışdı.

“Klub bizim təhlükəsizlik şöbəmizlə birgə polis tərəfindən, derbi zamanı meydana əşyalar atmaqda iştirak etdiyi müəyyən edilmiş şəxsi oyunlarımızdan həmişəlik kənarlaşdırmaq qərarına gəlib. Qalan iştirakçıları müəyyən etmək üçün polislə əməkdaşlığa davam edirik. Onlar da müəyyən edildikdən sonra ömürlük qadağa alacaqlar. Yaxın vaxtlarda biz daxili qaydalarımıza, şəxsiyyətini gizlətmək üçün hər hansı əşya və ya geyim istifadəsinə qadağa haqda maddə əlavə edəcəyik”, klubun bəyanatında deyilir.

Xatırladaq ki, 8 turdan sonra “Atletiko” La Liqanın yarış cədvəlində 16 xalla 3-cü pillədə qərarlaşıb. “Real” 18 xalla ikincidir. La Liqaya 21 xalla “Barselona” başçılıq edir.

Избранный
14
arena.az

1Источники