“Atletiko” “Real”la La Liqanın 8-ci turunun ev oyununda azarkeşlərinin davranışına görə sanksiyalarla üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “hindular”ın azarkeşləri qarşıdakı 2 və ya 3 ev matçı üçün tribunalara daxil olmaqdan qismən məhrum ola bilərlər.
“Atletiko” azarkeşləri daha əvvəl “Atletik”lə ev oyununda Niko Uilyamsın ünvanına irqçi təhqirlər səsləndirsələr də, buna görə heç bir cəza almamışdılar.