RU

İsrailin növbəti hədəfi Türkiyədir –ƏRDOĞAN XƏBƏRDARLIQ ETDİ

Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM)  28-ci Dövrün 3-cü Qanunvericilik İlinin Açılış Toplantısındakı çıxışında deyib.

 

Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “İsrail bir tərəfdən Qəzza zolağında soyqırım və Livanda terror aktları törədir, digər tərəfdən isə region ölkələrini öz atəşinə çəkmək üçün bütün mümkün təxribatlara əl atmağa çalışır”.

 

Türkiyə lideri qeyd edib ki, Fələstin və Livandan sonra “vəd edilmiş torpaq” sərsəm illüziyası ilə idarə olunan İsrail rəhbərliyi gözlərini Türkiyənin doğma torpaqlarına çevirəcək.

 

“İşğal, terror və təcavüz bizim yanımızdadır. Biz hüquqi dövlətlə deyil, qanla qidalanan, işğalla kökəlmiş qatillər “sürüsü” ilə qarşı-qarşıyayıq”, – Ərdoğan vurğulayıb.

 

“İsrail təcavüzü Türkiyəyə də təsir edir, hansı ki, bu dövlət terroruna Vətəni, xalqı və müstəqilliyi naminə bütün imkanları ilə müqavimət göstərəcək. Mən İsrailə çox açıq şəkildə xəbərdarlıq edirəm: Livana qarşı quru əməliyyatının nəticələri onların keçmiş işğalları ilə heç bir oxşarlığı olmayacaq”, - deyə Türkiyə lideri fikrini yekunlaşdırıb.

Избранный
39
2
senzor.az

3Источники