RU

"İran: Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"

İsrail hakimiyyəti İranın dünən axşamdan başlayan kütləvi raket hücumu nəticəsində dəymiş ziyanın cüzi olduğunu, raketlərin əksəriyyətinin tutulduğunu, digərlərinin isə əsasən açıq ərazilərə düşdüyünü vurğulayır.
 
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
 
Sosial şəbəkələrdə yaşayış massivlərinə dəyən ziyanın görüntüləri yayılıb. O cümlədən raketlərdən birinin Gedera şəhərindəki məktəbin ərazisinə düşdüyü bəlli olub.
 
Tehran, öz növbəsində, raketlərin 80%-nin hədəflərini vurduğunu, İsrailin Nevatim hərbi bazası, 20-dən çox "F-35" təyyarəsi və Təl-Əviv yaxınlığındakı üç bazanın “məhv edildiyini”, Hatzerim bazası və "Mossad" qərargahına hücum edildiyini iddia edir.  Mövcud informasiyalara əsasən, bu məlumatlar həqiqətə uyğun deyil...
 
S.Laçın
Избранный
36
moderator.az

1Источники