RU

Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...

44 günlük Vətən müharibəsində məğlubiyyəti ilə barışmayan Ermənistan informasiya müharibəsində qazanmağa çalışır. Müharibə bitər-bitməz Azərbaycan, Qarabağla bağlı ən müxtəlif şəkildə uydurma filmləri ilə dünyanı çaşdırmağa çalışan ermənilər bu dəfə Qarabağdan olan erməni uşaqla bağlı təxribatla dolu “Mənim şirin ölkəm” sənədli film hazırlayıblar.Belə ki, 97-ci Oskara təqdim edilmək üçün erməni rejissor Sareen Hairabedianın filmi seçilib.Sənədli film 11 yaşlı Vrejdən (“Vrej” ermənicədən tərcümədə “qisas” anlamındadır. Yəni uşağın adı Qisasdır) bəhs edir. Filmdə hadisələr təbii ki, təhrif olunur, Azərbaycanın “müstəqil artsax dövlətinə hücum etdiyi”, “erməniləri silah gücünə oradan çıxardığı” iddia edilir.Film Nyu-Yorkda yaşayan erməni əsilli rejissor Hairabedianın debüt filmidir. “Mənim şirin ölkəm” filminin premyerası bu ilin əvvəlində Sheffield DocFestdə keçirilib, daha sonra iyul ayında Amman Beynəlxalq Film Festivalı da daxil olmaqla, bir neçə festivalda nümayiş etdirilib. Burada ən yaxşı sənədli film Münsiflər Heyəti Mükafatını və ən yaxşı bədii ərəb sənədli filmi üçün FIPRESCI mükafatını alıb.Qeyd etdiyimiz kimi, Ermənistan bu kimi xeyli sayda “film” ərsəyə gətirib. Onlardan biri “Si le vent tombe” (“Əgər külək əsərsə”) adlanır. Xatırladaq ki, Qarabağ hadisələrinin təhrif olunduğu bu “film”in hazırlanmasına 12 milyon dollar xərclənib və Ermənistan, Belçika və Fransanın ortaq istehsalıdır. Rejissoru isə erməni əsilli Nora Martirosyan Fransa vətəndaşıdır. “Film” 73-cü “Kann film festivalı”na təqdim olunub və “ən yaxşı” 56 “film”dən biri olub.Ermənilərin uydurma Qarabağ hadisələri ilə bağlı çəkdikləri daha bir film “45 Gün: millət uğrunda mübarizə” adlı sənədli filmdir. 2021-ci ildə ərsəyə gələn film Oskar mükafatına namizəd seçilmişdi. Filmin rejissoru britaniyalı Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessendir.Ötən il uydurma “Qarabağ blokadası” haqda “film” ərsəyə gəlmişdi. Uydurma filmdə Ermənistanın bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın “Ağdam-Xankəndi” marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək “blokada” barədə yalanları əks olunub. “Film” tamamilə yalan səhnələrdən ibarətdir. Filmin müəllifi yalanlarla yanaşı, Azərbaycan Silahlı Qüvvələrində xidmət göstərən yüksək rütbəli hərbçilərə də qara yaxmaqdan çəkinməyib. Onlar Laçın dəhlizinin “blokada”sında “mühüm rol oynamaqda” günahlandırılıb. Həmçinin Azərbaycanın aqressor kimi göstərilməsi, guya Qarabağda yaşayan ermənilərə zülm edildiyi göstərilib.İki il əvvəl isə ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görüldü. Rejissor Roman Muşeqyan tərəfindən çəkilən “Bahar... ” 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. “Film”də ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərib.Azərbaycana gəldikdə, nədənsə, bu məsələdə ölkəmiz bir qədər geridə qalır. Ermənilərin bu uydurmalarına cavab filmlərimiz o qədər də gözə dəymir. Yalnız ötən ay İtaliyada keçirilən 81-ci Venesiya Film Festivalında İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin çəkdiyi 52 dəqiqəlik “Tənha insanın monoloqu” adlı film nümayiş olunub. Filmdə klassik ata-oğul əhvalatı əks olunur. Birinci Qarabağ müharibəsi qazisi olan ata kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Ata və oğul arasında yaranan konfliktlərin səbəbləri arasında mental, patriarxal faktorlar var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın müharibədə aldığı psixoloji yaralardır.İkinci Qarabağ müharibəsinə çağırılan oğul yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhəti ilə qocalar evinə qoymağı planlaşdırır. Ata isə qocalar evində yaşamaq istəmir, ölümü seçir. Yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.Bununla belə, filmin festivalda əsas müsabiqədə, horizontlar, qısametrajlı filmlər müsabiqəsndə, müsabiqədənkənar baxışda, Venesiya klassikası, Sconfini və yaxud digər hansı proqramda təqdim olunması haqda ətraflı məlumat yoxdur.Ümidverici xəbər isə ondan ibarətdir ki, zəfərimizin 5-ci ildönümü münasibətilə Bakı Media Mərkəzi rejissoru və prodüseri Orman Əliyevə, ssenari müəllifi İsmayıl İmana məxsus “Borc” filmini istehsal edəcək. 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsində qələbəyə həsr edilir.Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ müharibəsində döyüşməyə yollanır...Məlumata görə, “Borc” filmi zəfərimizin 5 illiyi ilə bağlı böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin ilk aylarında təqdim olunması nəzərdə tutulur. Yazını hazırladı: Xalidə GƏRAYMusavat.Com

Избранный
68
2
dia-az.info

3Источники