RU

“Bayern” kluba yeni skaut təyin etdi

Almaniya nəhəngi “Bayern” 35 yaşlı alman mütəxəssis Nils Şmadtke ilə iki il müddətinə skaut qismində müqavilə imzalayıb.

Arena.az klubun rəsmi saytına istinadən, “Bayern”in direktoru Kristof Froyndun bu xüsusda fikrini təqdim edir:

“Nils Şmadtkeni “Bayern”ə cəlb edə bildiyimiz üçün çox şadıq. Nils artıq peşəkar futbolda böyük təcrübəyə malikdir. O, skautluqda böyük təcrübə sahibidir. Biz klub üçün mümkün oyunçuları bacardıqca tez müəyyən etmək istəyirik. Nils burada mühüm rol oynayacaq. Bundan əlavə, Nils “Bayern” futbol klubunun düşərgəsi ilə fəal qarşılıqlı əlaqəyə cavabdeh olacaq.

Markus Pilavaya isə iki illik səmərəli əməkdaşlığa görə təşəkkür etmək istərdik. Biz ona ən yaxşısını və gələcək fəaliyyətində uğurlar arzulayırıq”, deyə Froynd bildirib.

Xatırladaq ki, “Bayern”in skaut vəzifəsində əvvəllər, iki ilə yaxın müddətdə 47 yaşlı alman mütəxəssis Markus Pilava çalışıb.

Избранный
15
arena.az

1Источники