RU

Anti-İnhisar Xidmətindən TƏBİB-ə daha iki “zərbə”

Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin (AİİBNX) TƏBİB-lə “savaşı” davam edir. Tribunainfo.az xəbər verir ki, dünən xidmət səhiyyə qurumunun daha iki tenderini ləğv edib.
Belə ki, onlardan biri Beyləqan Mərkəzi Xəstəxanasının elan etdiyi tələb olunan müxtəlif növ avadanlıqların təmiri üzrə satınalma müqaviləsi olub. 52.488 manat dəyəri olan müqaavilənin ləğvinə səbəb “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində göstərilən hallardan birinin pozulması olub. Buraya gizlo sövdələşmədən tutmuş, iştirakçı sayının 3-dən az olmasına qədər bir sıra qanun pozuntuları daxildir.
İkinci tender isə Goranboy Mərkəzi Xəstəxanasının mətbəə, dəftərxana və təsərüffat malların alınması ilə bağlı olub. Sözügedən xəstəxana bu prosesi həyata keçirmək üçün 60.000 manat pul ayırıbmış.
Tenderin ləğvinin səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub.
Bildirək ki, son bir ayda AİİBNX TƏBİB-in 30-dan çox tenderinin ləğvi barədə qərar qəbul edib.

Избранный
72
2
tribunainfo.az

3Источники