RU

“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?

Bu ilin yanvar-avqust aylarında "Xalq Sığorta" ASC-nin sığorta yığımlarının həcmi 14,26 milyon manat təşkil edib.“Yeni Sabah”ın hesablamasına görə, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə “Xalq Sığorta”nın yığımları 5,4% yaxud da 807 min manat azalıb. "Xalq Sığorta"nın 2024-cü ilin yanvar-avqust aylarında sığorta ödənişlərinin həcmi isə 8,59 milyon manat olub ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 48,1% və ya 8,1 milyon manat azdır. Ötən ilin yanvar-avqust aylarında sığorta şirkətinin ödənişləri 16,66 milyon manat təşkil edib. vakansiyalarÖdənişlərin kəskin azalması fonunda sığorta şirkətinin zərərliliyi 111%-dən 60%-ə enib. Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Избранный
47
3
dia-az.info

5Источники