Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçməEzamiyyə ilə bağlı iki mühüm qanunvericilik aktı var: - Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı;- Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 saylı qərarı ilə təsdiq edilən “İşçilərin ezamiyyə qaydaları”.Bundan əlavə Əmək Məcəlləsi və Vergi Məcəlləsində də ezamiyyə ilə bağlı müəyyən tələblər mövcuddur. Əvvəlcə, ezamiyyə anlayışını nəzərdən keçirək. “İşçilərin ezamiyyə qaydaları”na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Maddədə diqqət yetiriləsi məqamları nəzərdən keçirək.Birinci məqam ondan ibarətdir ki, işçinin ezamiyyəytə getməsi üçün mütləq olaraq dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) olmalıdır. Yəni hər bir ezamiyyət rəhbərin əmri ilə rəsmiləşdirilməlidir. Bundan əlavə, işəgötürən ezamiyyələrin uçotunu həyata keçirmək üçün qeydiyyatı kitabı da tərtib etməlidir. Qaydalara əsasən, təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır.Təşkilatın “A-dan Z-yə: Kargüzarlıq” kitabında ezamiyyə ilə bağlı praktiki sənədlərin (ezamiyyətə göndərilmə əmri, ezamiyyə üçün xidmət yazı, ezamiyyətin uzadılması və ya təxirə salınması əmri, xidmət ezamiyyələr üçün Əsasnamə və s.) nümunəvi formaları verilib. İkinci məqam isə ezamiyyətin yalnız işçilərə şamil edilməsidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin ikinci maddəsinə əsasən, işçi dedidkə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Təcrübədə təsisçi, fərdi sahibkarın və ya xidmət müqaviləsi ilə çalışan şəxslərin ezamiyyətə göndərilməsinə rast gəlinir ki, bu hallar qaydalara ziddir. Çünki həmin şəxslər işçi statusuna malik deyil.Üçüncü məqam. İşçi daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə getməlidir. Yəni işçi mütləq olaraq daimi iş yerini tərk etməlidir. Bəzi hallarda həmkarlarımız daimi iş yerini daimi yaşayış ünvanı ilə qarışdırırlar. İşçinin daimi yaşayış ünvanı Mingəçevir şəhəri olsa da, daimi iş yeri Gəncə şəhəri ola bilər. Bu zaman işçinin Gəncə şəhərindən hər hər hansı ünvana göndərilməsi ezamiyyət hesab ediləcək. Sonuncu məqam işçinin xidməti tapşırığı yerinə yetirmək üçün başqa yerə getməsidir. Yəni rəhbərinin ezamyyət əmrində qeyd edilməlidir ki, ezamiyyətin məqsədi nədir. Bəzən həmkarlarımız işçinin, əsasən də rəhbərin xarici ölkəyə turist səfərlərini də ezamiyyət kimi rəsmiləşdirirlər ki, bu da yolverilməzdir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта