RU

Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüşşəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüquqununmüdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarınamüraciət edib.

Trend xəbərverir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalqkonfransda salamlayıram.

Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkindüşmüş şəxslər məsələsinə dair ölkəmizdə ikinci beynəlxalqkonfransın keçirilməsi bu mövzunun aktuallığını və probleminhəllində qlobal səylərin artırılmasının vacibliyini bir daha təsdiqedir.

İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşıtəcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsinəticəsində 30 ildən artıqdır ki,

4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onlarınarasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır.2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkindüşmüşdür.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmışyeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilənvəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiqetmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlardaekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindənəsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa vəqeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədətəkzibedilməz sübutlar toplanmışdır.

Siz sabah Azərbaycanda akkreditə olunmuş diplomatik korpuslabirgə Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqlarınbirinə baş çəkəcəksiniz. Ermənistanın işğalı altında olan zamanŞuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanıldığı vəişğəncələrlə öldürüldüyü konsentrasiya düşərgəsi kimi fəaliyyətgöstərmişdir.

Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağmüharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşıtörədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədərfoto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətəqarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalətmühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələbir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlarqəhrəmanlaşdırılmışdır.

Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbicanilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahibolduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də buməzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı NatiqQasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtinaedir.

Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalqhumanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaqistəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılaramünasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli vəgünahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasındatəsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyininmüəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildənetibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlaəlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinəyetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha dagenişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. BirinciQarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinşəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklədəfn edilmişdir.

Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları,vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalqtəşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, buməsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalqqurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlaratmalıdır.

Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimisilahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnızöz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyiqlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT BaşAssambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusundaqətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması buməsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətindəfəaliyyətimizin tərkib hissəsidir.

Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətinayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüşşəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğuqənaətindəyik.

Sonda konfransın işinə uğurlar diləyir və onun itkin düşmüşşəxslərin taleyinin aydınlaşdırılması istiqamətində qlobalfəaliyyətə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadəedirəm".

Избранный
6
43
az.trend.az

10Источники