RU

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşüb

Bakı. Trend:

Dövlət Komissiyasında 1 oktyabr 2024-cü il tarixinə olanməlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyataalınmışdır. Onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6nəfəri isə Vətən müharibəsində itkin düşmüşdür.

Trend xəbərverir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli:ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi mövzusumdabeynəlxalq konfransda çıxışı zamanı Dövlət TəhlükəsizliyiXidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri ƏliNağıyev deyib.

Ə.Nağıyev bildirib ki, Vətən müharibəsi və antiterrortədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdəməzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiyaişlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıqgətirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdəvəzifədir.

“30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindəntanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir vəgirov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlararəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkindüşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur.Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfindiqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatlarıAzərbaycana təqdim etmir”, - deyə Ə. Nağıyev qeyd edib.

Избранный
80
29
az.trend.az

10Источники