RU

Müharibə SƏRHƏDİMİZƏ ÇATDI: Dünya böyük savaşın astanasında

İsrail bir neçə gün ərzində İrana hücum edəcək.

Turkustan.az-ın xəbərinə görə, bu barədə "Axios" portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum zamanı İranın daxilindəki neft hasilatı obyektləri hədəfə alınacaq. Mənbə İrana "əhəmiyyətli cavab" veriləcəyini bildirib. Hücumdan əvvəl İsrailin ABŞ rəsmiləri ilə danışıqlar aparacağı vurğualnır.

Məlumatda bildirilir ki, İsrailin İrana cavabı ABŞ Mərkəzi Komandanlığı ilə əlaqələndiriləcək və Təl-Əviv hücum üçün “əməkdaşlıq tələb edəcək”.

Müşahidəçilər İsrailin bu hücumunun genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini istisna etmirlər. Bu zaman isə əsas hədəfin Təbriz şəhəri olması mümkündür. Analitiklər bu ehtimalı yüksək qiymətləndirirlər.

Xatırladaq ki, İran oktyabrın 1-i axşam saatlarında İsrailə hücum edib. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Mətbuatda 500-dən çox raket atıldığı bildirilir. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İsrail Baş naziri Benyahim Netanyahu İrana cavab veriləcəyini bildirib. /yenisabah.az/

Избранный
67
2
turkustan.az

3Источники