“Barclays”in investorlar üçün hazırladığı qeyddə “Apple”in bu il “iPhone 16” seriyasının istehsalını üç milyon ədəd azalda biləcəyi iddia edilib.
İndex.az xəbər verir ki, bu proqnozun əsası kimi “Apple”in dekabr ayı üçün tərəfdaşları ilə sifarişləri azaltmaq qərarı göstərilir.
“Barclays”, ilin sonuna qədər 51 milyon” iPhone 16″ seriyasının tədarük ediləcəyini gözləyir. Bununla belə, analitiklər “iPhone 16” seriyasının satışlarının keçən ilin eyni dövründəki “iPhone 15” satışları ilə müqayisədə 15% azaldığını bildiriblər.
Bu azalma sentyabr rübü üçün daşınma rəqəmlərinə mənfi təsir göstərə bilər. “Apple”in iyul, avqust və sentyabr aylarını əhatə edən üçüncü təqvim rübündə 51 milyon ədəd tədarük hədəfi qoyduğu ortaya çıxdı.
“Barclays” analitiklərinin fikrincə, “iPhone 16” seriyasının tədarükləri 2024-cü ilin son rübündə risk altında ola bilər. Bunun səbəbləri arasında “Apple” şirkətinin süni intellekt texnologiyasının qlobal miqyasda məhdud şəkildə tətbiqi və yeni cihazlarda aparat diferensialının olmaması göstərilir. Analitiklər, “Apple”in ilin son rübündə hədəflərinə çatmasının çətin ola biləcəyini vurğuladılar.