RU

Beynəlxalq Ahıllar günü ilə bağlı tədbir

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 01 oktyabr “Beynəlxalq Ahıllar günü” münasibəti ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, Heydər Əliyev Mərkəzinin direktoru, müəllimlər və gənclər iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlarla tanış olublar.

Tədbirdə Ulu Öndərin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasındakı müstəsna xidmətlərindən, yaşlı nəslin nümayəndələrinin, hüquqlarının qorunmasına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov qeyd edib ki, öz uzaqgörənliyi, ədalətli daxili və xarici siyasəti ilə bütün dünyada yüksək nüfuz qazanmış Ümummilli Lider Azərbaycanı qüdrətli bir dövlətə çevirib.

Digər çıxış edənlər “01 oktyabr Beynəlxalq Ahıllar günü” münasibəti ilə ahılları təbrik edib, onlara həmişə ehtiyac olduğunu, onların həyat təcrübəsinin gənclər üçün örnək olduğunu diqqətə çatırıblar. Respublikada, eləcə də şəhərimizdə yaradılan əmin-amanlığa, iqtisadi tərəqqiyə və dinamik inkişafa görə dövlət başçısı qalib Liderimiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəhər ağsaqqalları və gəncləri adından minnətdarlıq ifadə edilib.

Избранный
34
naftalan-ih.gov.az

1Источники