Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası təsdiqlənib."DogruXeber.az"ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Bu Qayda vergi orqanlarının vəzifəli şəxslərinə pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanmasına şamil edilmir. Qeyd olunan şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilərkən nəzərə alınan qulluq stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanır.Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə aşağıdakı dövrlər daxil edilir:- vergi orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət keçdiyi müddət;- vergi orqanlarında staj və sınaq müddəti;- vergi orqanlarında xidmət edərkən vəzifəsinin və əməkhaqqının saxlanması şərtilə xidmətdən ayrıldığı müddət;- məzuniyyət dövrləri;- əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;- vergi orqanlarının sərəncamında olduqları və ya tutduqları vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldıqları müddət;- peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma müddəti, həmçinin vergi orqanları üçün mütəxəssislərin hazırlanması məqsədilə müvafiq göndərişə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində hazırlıq kurslarına cəlb edildikləri Azərbaycan Respublikasının, habelə xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldıqları müddət.Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:- dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti;- 1991-ci il oktyabrın 18-dək dövlət, SSRİ sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;- hakim vəzifəsində işlədikləri müddət;- seçkili orqanlarda işlədikləri müddət;- Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;- dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl vergi orqanlarında xidmət keçmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduqları müddət xidmət illərinə daxil edilir. Qanunla müəyyən edilmiş əsaslar olmadan vergi orqanlarında xidmətinə xitam verilmiş, sonradan isə məhkəmənin qərarı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əmri əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xidmətinə xitam verildiyi gündən bərpa olunma gününədək keçmiş müddət xidmət illərinə daxil edilir. Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik vergi orqanlarının vəzifəli şəxslərinin tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri xidmət illərinə daxil edilir.Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar vergi orqanlarında xidmət illərinin hesablanmasında nəzərə alınır.Xidmət illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə xidmət dövrləri düzgün əks etdirilmədikdə xidmət illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, əməkhaqqının ödəniş cədvəlləri və xidməti fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının və ya Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanır. Xidmət illərinin hesablanması qaydasının tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması üzrə komissiyalar tərəfindən aradan qaldırılır. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi və ya müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Xidmət illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq vergi orqanında saxlanılır, surəti isə vəzifəli şəxsin şəxsi işinə əlavə edilir. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesab- lanması üzrə komissiyaların qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə və (və ya) məhkəməyə şikayət verilə bilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта