"Bakı Metropoliteni" QSC 22 qatarın istismar müddətini artıracaq. Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu il Bakı metrosunda 1 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb.
"Bir qatar xətdən çıxarıldığı üçün hazırda xətdə olan qatarların sayı 60-dır. Yeni qatarlar xəttə buraxıldıqdan sonra isə qatarların sayı 67-yə çatacaq".
www.anews.az