RU

İran-İsrail müharibəsi Azərbaycana necə təsir edə bilər? - AÇIQLAMA

"İsraillə İran arasında münasibətlər onsuz da gərgin idi. Buna qədər münasibətlər ancaq siyasi müstəvidə özünü göstərirdi. Təəssüf ki, dünən bu hərbi qarşıdurmaya keçdi. Ehtimal olunur ki, bu axırıncı zərbələr deyil".

Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, vaxtaşırı tərəflər bir-birinin hərbi gücünü yoxlamağa çalışacaqlar:

"Bunun Azərbaycana və Azərbaycan-Ermənistan münasibətlərinə təsirini düşünmürəm. Çünki nə biz, nə də Ermənistan iki dövlət arasında olan konfliktin iştirakçısı deyilik, hər hansı tərəfi dəstəkləmirik. Azərbaycan atəşin dayandırılmasının, istənilən problemin ancaq diplomatik yolla həll edilməsinin tərəfarıdır. Tərəfləri təmkinli olmağa, məsələni danışıqlar yolu ilə həll etməyə, bir-birinin maraqlarını nəzərə almağa çağırır. Bununla belə, regionda yaşadığımıza görə buradakı siyasi temperaturun qalxdığını, region dövlətlərinin və dünyanın bu məsələdən ciddi narahatlıq keçirdiyini vurğulamaq lazımdır".

Anar Kəlbiyev

Избранный
126
41
unikal.az

10Источники