RU

Makron Yaxın Şərq böhranının bütün iştirakçılarını təmkinli olmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki böhranın bütün iştirakçılarını təmkinli olmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.

“Respublika prezidenti belə hesab edir ki, Yaxın Şərqdəki böhranın bütün iştirakçıları maksimum təmkin nümayiş etdirməlidirlər”, deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, Livanda və Yaxın Şərqdə yaşayan fransıların təhlükəsizliyinə və müdafiəsinə diqqət yetirən dövlət başçısı onlara kömək etmək üçün bütün lazımi tədbirləri görməyi və lazım gələrsə yardıma gəlməyi tapşırıb.

Prezident həmçinin Yaxın Şərqdə baş verən son hadisələrin mümkün nəticələrinin qarşısını almaq və hər kəsin təhlükəsizliyini təmin etmək üçün maksimum sayıqlıq və adekvat tədbirlər görməyi xahiş edib”, deyə bəyanatda qeyd olunub.

Poliqon.info

Избранный
82
poliqon.info

1Источники