Yaponiyada doğum göstəricilərini artırmaq məqsədilə evlənmək istəyən şəxslər üçün süni intellekt istifadə edən yeni bir tanışlıq tətbiqi çıxarılıb.
“Kyodo News”un məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda Metropol İcra Hakimiyyəti doğum göstəricilərini artırmaq məqsədilə aparılan işlər çərçivəsində evlənmək istəyənləri uyğun namizədlərlə tanış edən yeni bir tanışlıq tətbiqi istifadəyə verib.
"Tokio Enmusubi" adlanan və "Tokio vasitəçiliyi" mənasını verən tətbiq paytaxtda yaşayan və ya bu şəhərə gələn 18 yaşdan yuxarı şəxslərin istifadəsi üçün nəzərdə tutulub.
Platformada təhlükəsizliyi təmin etmək məqsədilə fotoşəkilli şəxsiyyət vəsiqəsi, gəlir haqqında arayış və hüquqi cəhətdən subay olunduğunu sübut edən sənədləri təqdim etməli olan istifadəçilərin qeydiyyat zamanı cavablandırdıqları suallar vasitəsilə istəklərinə və seçimlərinə uyğun partnyorlarla uyğunlaşdırılması planlaşdırılıb.
Ölkədə evlənmək istəyən, lakin münasibətə başlaya bilməyən çox sayda insanın olduğunu bildirən rəsmi şəxslər tətbiq vasitəsilə "evlənmək istəyənləri ilk addımı atmağa təşviq etməyi planlaşdırdıqlarını" qeyd ediblər.