RU

"Bu ölkədə mənim kimi adamlara yer varmı?" - MÜRACİƏT

FAHİŞƏDƏN MƏLAİİKƏ "DÜZƏLDƏN" ANAR VƏ AYB...AYB üzvü deyiləm. Bircə dəfə normal münasibətdə olduğum Səlim Babullaoğluna demişəm ki, qəlul etsəniz gələrəm. O da Anarla danışacağını deyib. Bununla da söhbət bağlanıb. Aradan 5-6 il keçsə də, nə o mənə bu barədə bir söz deyib, nə də mən ona. Anlamışam ki, ora mənim yerim deyil. Orada mənim kimi sözünü deyən adamlara yer yoxdurÜmumiyyətlə, bu ölkədə mənim kimi adamlara yer varmı? Bura mənim yerimdirmi? Hələ də bunu tam dərk eləyə bilməmişəm. AYB də digər bütün qurumlar kimi, əsasən mövqesizlərin, sözü olmayanların, söz fırladanların, yaltaqların məskənidir. Məni ora qəbul etməzlər. İllər öncə bir povestimdə yazmışdım ki, mən Anar deyiləm ki, fahişədən məlaikə düzəldəm. Anardan soruşsanız, Nadir Qocabəylini tanımadığnı deyəcək. Ancaq əminəm ki, o povesti oxuyub. Yəqin ki, elə Səlim Babullağliuya da buna görə "yox" deyib. AYB həqiqətən fahişədən məlaikə "düzəldən" bir qurumdur və o quruma rəhbərlik edən də hələ ki Anar Rəsul oğlu Rzayevdir...Müəllif: Nadir QocabəyliTəqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Избранный
118
50
Источники
Комментарий ()
Закрывать