RU

İranın atdığı Fettah-1 raketlərindən biri MOSSAD-ın qərargahı yaxınlığında düşdü

İran İsraili 200-ə yaxın raketlə vurub. Hipersonik Fettah-1-lərdən istifadə edilən hücumlarda raketlərdən biri MOSSAD-ın əsas qərargahından 150 metr uzaqlığa düşüb. Livan Hizbullahı da Mossadın Təl-Əvivdəki qərargahını hədəf aldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İran axşam saatlarında İsrailə raket zərbəsi endirib. İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada İsrailə qarşı İranın milli təhlükəsizliyini hədəf alan raket hücumu təşkil edildiyi bildirilib. Hücumun İsrailin HƏMAS lideri Haniyə, Hizbullah lideri Nəsrullah və İran generalı Nilfuraşanın öldürüldüyü hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilib.

İsraili 200-ə yaxın raketlə vuran İran bu hücumlarda ilk dəfə hipersəsli Fettah-1 raketlərindən istifadə edib. Bu raketlər İsrailin hava hücumundan müdafiə sistemlərini üstələyə bildiyi halda, çox kritik nöqtəni də vurmağı bacarıb.

İranın İsrailə qarşı atdığı hipersəsli Fettah-1 raketlərindən biri MOSSAD-ın qərargahından 150 metr aralıda düşüb. Düşən raket 9 metr dərinlikdə və 15 metr enində krater yaradıb. Raketin yaratdığı nəhəng krater canlı televiziya yayımı zamanı saniyə saniyə kameralara əks olunub.

Hizbullahın Telegram hesabından edilən yazılı açıqlamaya görə, İsrailin şimalında, Livan sərhədinə yaxın Metula hərbi mövqeyində Avivim və Ştula yəhudi məskənlərində hərbi qruplara qarşı artilleriya hücumu həyata keçirilib.

Doviv, Kfar Giladi, Ramsa və Samaka hərbi bölgələri arasındakı bölgədəki İsrail əsgərləri Falak 2 və Katyuşa raketləri ilə hədəfə alınıb.

Roş Pinna və Metula yəhudi yaşayış məntəqələrində İsrail əsgərlərinə də raketlər atılıb.

Bildirilib ki, Tel-Əviv bölgəsində həyata keçirilən hücumlardan birində İsrail kəşfiyyat təşkilatı Mossad-ın qərargahı və 8200 nömrəli baza da hədəfə alınıb.

Qeyd edilib ki, sözügedən aksiya 25 sentyabrda Fuad Şükürün öldürülməsinə cavab olaraq ilk hücumdan sonra Mossad-a qarşı ikinci hücumdur.

Hizbullahın açıqlamasından əvvəl İsrail ordusu Tel-Əviv Böyükşəhər bölgəsi də daxil olmaqla İsrailin mərkəzi hissələrində xəbərdarlıq sirenlərinin səsləndiyini və son 2 saatda Yuxarı Qaliley və Qərbi Qaliley bölgələrinə təxminən 30 raket atıldığını açıqlamışdı.

Açıqlamada Livan ərazisindən atılan 15 raketin Yuxarı Qaliley bölgəsindəki açıq ərazilərə düşdüyü, Təl-Əviv ətrafındakı hava qüvvələrinin Sde Dov hərbi bazasının “Fadi 4” raketləri ilə hədəf alındığı bildirilib.

İsrailin fövqəladə yardım xidməti Davudun Qırmızı Ulduzu, ölkənin mərkəzi hissəsinə düşən raket qəlpələri nəticəsində 3 nəfərin yaralandığını açıqlayıb.

İsrail polisi həmçinin ölkənin şimalı ilə cənubunu birləşdirən hərəkətli küçənin düşən raket səbəbiylə bağlandığını, yanğınsöndürmə qruplarının raketlərin yaratdığı yanğını söndürməyə çalışdığını bildirib.

Digər tərəfdən İsrail ordusu verdiyi açıqlamada oktyabrın 5-i axşam saatlarına qədər insanların bir araya gəlməsinə bəzi məhdudiyyətlər qoyulduğunu açıqlayıb.

Qeyd edilib ki, Təl-Əviv Metropolitan bölgəsi, Qüds və İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrində vətəndaşların toplanmasına məhdudiyyətlər qoyulub.

Açıqlamada bildirilib ki, məhdudlaşdırma təlimatına uyğun olaraq sığınacaqlara çıxış olan yerlərdə maarifləndirici tədbirlər davam etdirilə bilər.

Açıq yerlərdə 30 nəfər, binalarda isə 300 nəfərlə məhdudlaşan toplanma məhdudiyyətlərinə əsasən, çimərliklər də bağlanıb.

İş yerlərinin sığınacaqlara çıxışı olan yerlərlə məhdudlaşdığı qeyd edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
34
turkustan.az

1Источники