RU

Cibuti sahillərində iki qayıq batıb - 45 nəfər ölüb

Cibuti sahillərində iki qaçqın qayığının batması nəticəsində ən azı 45 nəfərin həyatını itirdiyi, itkin düşən 61 nəfərin axtarışlarının davam etdiyi qeyd edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Afrika ölkəsi Cibutinin şimal-qərbindəki Xor Anqar bölgəsi sahillərində iki qaçqın qayığı batıb. Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi açıqlamada hər iki qayığın 310 qaçqınla Yəməndən çıxdığı və daha sonra Cibuti sahillərində Qırmızı dənizdə batdığı bildirilib.

Cibuti Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada ən azı 45 nəfərin həyatını itirdiyi, 61 itkin düşmüş şəxsin axtarışlarının davam etdiyi bildirilib. Açıqlamada BMqT-nin dəstəyi ilə bölgədə aparılan genişmiqyaslı axtarışlar zamanı 115 nəfərin xilas edildiyi vurğulanıb: “İtkin düşənləri, sağ qalanları tapacağımıza inanırıq və onların təhlükəsizliyini təmin etməkdə qərarlıyıq”.

Избранный
72
sia.az

1Источники