RU

Xaçmazda bıçaqlanan məktəblinin son durumu AÇIQLANDI- YENİLƏNİB

"Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".

Bu barədə cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət almış şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir:

"01.10.2024-cü il tarixində Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası, bağırsağın eventrasiyası diaqnozu təyin edilib.

Xəsarət almış şəxsə cərrahi müdaxilə olunub və zəruri tibbi yardım göstərilib. Hazırda xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

***

"Xaçmaz şəhərində 9 saylı tam orta məktəbdə 10-cu sinif şagirdi K.Orucov sinif yoldaşı A.Nəsrullayevi bıçaqlayıb".

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, hadisə 1 oktyabr 2024-cü il tarixində saat 16 radələrində baş verib:

"Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".

Həmçinin qurumdan bildirilib ki, stresin idarəolunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb:

"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

(oxu.az)

***

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, Xaçmaz şəhər 9 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Избранный
120
1
avtosfer.az

10Источники