Hasbik qadağan olunmuş sosial şəbəkədə antisemit yazısından sonra vəkil axtarır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Hasbik kimi tanınmış rusiyalı bloqer Hasbulla Maqomedov ötən gecə İranın İsrailə hücumunu dəstəkləyən post paylaşıb. Bir neçə saat sonra yazını silib və onu müdafiə edəcək yaxşı vəkil axtarışına çıxıb.
“Ötən gecə mini-məşhur raketin fotosunu “İsrailə xoş gəlmisiniz” yazısı ilə yerləşdirib. Bu səhər yazı 12 saat belə davam etmədən yoxa çıxıb, əvəzində Rusiyanın ən yaxşı vəkilinin əlaqə məlumatları istənilib”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az