RU

"Azərbaycan Prezidentinin tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətlərindəndir"

Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr ombudsmanın fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva oktyabrın 2-də Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı söyləyib.

O bildirib ki, Azərbaycan ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir.

Müvəkkil vurğulayıb ki, Ombudsmanların Beynəlxalq Bakı Forumu kimi mötəbər tədbirdə Azərbaycan hakimiyyətinin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir.

Избранный
39
1
demokrat.az

10Источники