RU

Azərbaycanda meymunçiçəyinə yoluxma riski varmı? - Professordan AÇIQLAMA

Dünyada meymunçiçəyi virusunun yayılması ciddi narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın bir çox ölkəsində yayılan meymunçiçəyi virusu səbəbindən son iki ildə ikinci dəfə qlobal fövqəladə vəziyyəti elan edib. Azərbaycanda meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, mütəxəssislər hesab edirlər ki, bu virus Azərbaycana da yol aça bilər. Belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq.

Tibb elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünyada baş verən istənilən bir epidemik ocaq Azərbaycana da ayaq aça bilər və bu təbiidir.

O, fikrini qloballaşan dünyada insanların daim bir-biri ilə əlaqədə, ünsiyyətdə və səfərlərdə olması ilə əsaslandırıb: “Ona görə də meymunçiçəyinin Azərbaycanda da peyda olması heç bir təəccüb doğurmaz. Sadəcə olaraq biz diqqətli olmalıyıq və müəyyən hazırlıq işləri görməliyik. İndi deyilir ki, müəyyən testlər alınaraq ölkəmizə gətirilib. Amma ilk şübhəli hallar olduqda dərhal karantin tədbirləri görülməli və müəyyən işlər aparılmalıdır ki, baş qaldıran hansısa epidemik ocaq yerindəcə söndürülə bilsin. Bu baxımdan infeksion xəstəliklərlə yoluxma təhlükələri bütün ölkələrin diqqətində olmalıdır”.

Xatırladaq ki, profilaktik tədbirlər kimi avqust ayında Azərbaycana meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Eyni zamanda, virusun aşkarlanması üçün növbəti dəfə PCR dəstləri gətiriləcək.

Избранный
56
iqtisadiyyat.az

1Источники