RU

Şəmkir sakini dərmandan şoka düşərək ölüb - Yenilənib

TƏBİB dərmandan şoka düşərək ölən Şəmkir sakini barədə məlumat yayıb...

"Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, sentybarın 30-u, saat 20:30 radələrində 1984-cü il təvəllüdlü kişi halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.

Qeyd edilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasion tədbirlərin göstərilməsinə baxmayaraq saat 21:50-də ölüm faktı qeydə alınıb.

***

Şəmkir şəhər sakini dərmandan şoka düşərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrın 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb.

Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Poliqon.info

Избранный
14
1
poliqon.info

3Источники