RU

Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor İrəvanda keçirilən görüşdə Ermənistanla ABŞ arasında əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.

Tərəflər, xüsusilə, ikitərəfli gündəliyin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Ermənistanın təhlükəsizlik sisteminin modernləşdirilməsi üçün gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər.

Bir sıra regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub.

Избранный
18
4
musavat.com

5Источники